About
"Meqapolis" verilişinin qonağı alpinist və dağ bələdçisi Vüsalə Abdullayeva oldu. Efirdə qonaqla alpinizmə gəlişindən, dağlara olan sevgisindən, fəth etdiyi zirvələrdən, çətin və təhlükəli yürüşlər zamanı qarşılaşdığı maneələrdən, ekstremal şəraitdə yaşadığı təcrübələrdən, dağçılığın tələb etdiyi fiziki və psixoloji hazırlıqdan, eləcə də qadın alpinist olmağın özəlliklərindən danışdıq.