zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Avto FM 107.7
Avto FM 107.7
Automotive
Hobbies
Technology
Azerbaijani
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Website
Episodes
300
26 May 2026
Sükan Arxasında Aqressiya: İnsanlar Niyə Dəyişir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə sükan arxasında aqressiyanın psixoloji səbəbləri, tıxac və stresin sürücü davranışına təsiri, emosiyaların idarə olunmaması, aqressiv sürücülərlə davranış qaydaları və kobud davranışın qəza riskini necə artırdığı ətrafında müzakirə etdik.
20 min
26 May 2026
Vaxtı Planlaya Bilməmək Qəzaya Necə Aparır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin və sürət həddini aşmağın yaratdığı ağır qəza riskləri, sürücülərin bu zaman etdiyi tipik səhvlər və yol hərəkəti təhlükəsizliyinin artırılması yolları ətrafında danışdıq.
21 min
21 May 2026
Sürücülər Piyadalara Niyə Yol Vermir I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə Bakıda piyada təhlükəsizliyi və yol vermə mədəniyyətinin mövcud vəziyyəti, piyada keçidlərindən istifadədə yaranan problemlər, cərimələrin və polis nəzarətinin vəziyyətə təsiri haqqında danışdıq.
25 min
20 May 2026
Bakı Tıxacdan Necə Xilas Ola bilər? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Eldəniz Cəfərov ilə Bakı nəqliyyatının gələcəyi, yeni metro stansiyalarının tikintisi və tıxac probleminin həlli yolları, şəhər üçün əsas infrastruktur prioritetləri, paytaxtdakı tıxacların aradan qaldırılması istiqamətində görülən tədbirlər, eləcə də parkinq və şəhərsalma planlaması ilə bağlı məsələlər ətrafında söhbət etdik.
31 min
19 May 2026
Maşın Sürməyi Kimdən Öyrənmək Lazımdır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil sürməyi öyrənməyin ilk addımları, yaxın adam və peşəkar təlimçi fərqləri, yeni sürücülərin səhvləri, panika və həyəcanın təsiri haqqında danışdıq.
27 min
15 May 2026
Sürücülərin avtosığorta ilə bağlı ən çox verdiyi suallar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə avtosığorta ilə bağlı sürücüləri narahat edən əsas məsələlər, qəza zamanı görüləcək addımlar, sığorta ödənişləri, KASKO və icbari sığorta fərqləri, qiymətlərə təsir edən amillər və sürücülərin ən çox etdiyi səhvlər haqqında danışdıq.
23 min
14 May 2026
Piyada qəzalarının qarşısını necə almalı? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə piyadaların ən çox etdiyi təhlükəli səhvlər, yolu istənilən yerdən keçməyin riskləri, işıqfor qaydalarına əməl etməməyin nəticələri və piyada təhlükəsizliyinin artırılması yolları haqqında danışdıq.
28 min
13 May 2026
Yeni Sürücülərin Ən Böyük Səhvləri I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürücülərin etdiyi əsas səhvlər, təcrübəsizliyin qəzalara təsiri, zolaq dəyişmə və ani əyləc kimi təhlükəli hallar, təcrübəli sürücülərin münasibəti, sürücülük kurslarının effektivliyi, yollarda qarşılıqlı hörmət və yeni sürücülərə tövsiyələr barədə danışdıq.
20 min
08 May 2026
Sığorta müddəti bitənlərə möhlət verilirmi? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtomobil sığortasının müddəti bitdikdən sonra sürücülərə möhlət verilməsi, sığortanın unudulması və buna görə tətbiq olunan cərimələr, SMS və bildiriş sisteminin effektivliyi, həmçinin sığortasız idarəetmənin yaratdığı risklər haqqında danışdıq.
29 min
07 May 2026
Tələskənlik Ucbatından Baş Verən Yol Qəzaları I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin yaratdığı qəzalar və təhlükələr, sürət həddinin ağır nəticələri, sürücülərə tövsiyələr və vaxtında planlamanın əhəmiyyəti barədə danışdıq.
29 min