
Techweek #E9S3: Süni İntellekt iş yükümüzü azaldır mı, artırır mı? Araşdırmalar bu mövzuda nələr deyir?
Tech-week
Əziz Tech-week dinləyiciləri, bu yeni bölümümüzə xoş gəlmisiniz! Bu gün günlərdən epizod 9, sezon 3. Ümidvarıq ki, bölümlərimizi yaxından izləyirsiniz və seçdiyimiz mövzular sizə maraqlı gəlir, bizləri maraqla dinləyirsiniz.
Bu gün ələ aldığımız mövzu süni intellektin və onun gətirdiyi yeni alətlərin, proqramların iş yükünü azaldıb azaltmadığı ilə bağlı oldu. Güncəl araşdırmalar, ən son müzakirələr bu mövzu barədə nələr deyir, hal-hazırki Sİ - in potensial qazandıracağı üstünlükləri şirkətlər həqiqi üstünlüyə, həqiqi gəlirə çevirə bilir mi, məhsuldarlığımızda və ya iş yükümüzü azaldaraq bizi ən vacib problemlərə fokuslanmağa sövq edir mi?
Bir qədər statistikalarla, faktlarla dolu bir bölüm oldu, amma sizi əmin edirəm ki, heç də sıxıcı bir bölüm olmadı .
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=GRZclb2Qc4o