Techweek #E7S3: Meta-nın asılılıq məhkəməsi, bildiklərimiz və bilmədiklərimiz
22 February 2026

Techweek #E7S3: Meta-nın asılılıq məhkəməsi, bildiklərimiz və bilmədiklərimiz

Tech-week

About

Əziz dinləyicilər, yeni bölümümüzə müəyyən aradan sonra yenidən xoş gəlmisiniz! Bu günkü epizodumuzun əsas mövzusu bu həftə başlamış olan, Mart ayı boyunca da davam edəcək Mark Zukerberqin məhkəmə proseduru və bu prosesin detallarının sosial media haqqında bildiklərimizə, bu platformanın gələcəyinə təsirləri barəsində oldu.

Nə üçün Meta özlərinin apardığı akademik araşdırmanın nəticələrini yayımlamaqdan çəkindi? Bu nəhəng şirkətlər yeniyetmələrin və gənclərin öz platformalarından asılı olduqlarını, aludəçi kimi günün əksəriyyətini orada keçirərək dərslərindən, öz sosial həyatlarından və mental sağlamlıqlarından zərər gördüklərini bilirmi? Bəs nə üçün bu barədə kifayət qədər addımlar atılmır? Bəs gənclərin özlərini digərləri ilə müqayisə etməyə məcbur edən "gözəllik filterləri"-nə nə deməli?


Bütün bu məhkəmə prosesləri və elmi araşdırmalar, Böyük Tütün şirkətlərinin keçən əsrin sonlarına doğru təcrübə etdiklərinə gətirib çıxara bilər mi? Gələcəkdə hər bir platformaya daxil olarkən üzərində xəbərdarlıq yazısı görə bilərik mi? Bəs 16 yaşdan aşağı uşaqlara bütövlükdə qadağanın gətirilməsi müzakirələri mövzunu haraya doğru aparacaq?


Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sağlam bildiyiniz sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.


Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=AghmxDPMOLg