Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?
04 January 2026

Techweek #E5S3: Müasir texnologiyalar vərdişlərimizi dəyişməkdə və yenilərini yaratmaqda nə vədlər verir?

Tech-week

About

Bu gün günlərdən Tech-week günüdür, və sizləri 5-ci epizodumuzun girişindən salamlayırıq!

Artıq 2026-cı il gəldi, əksəriyyətimiz yeni il üçün hədəflərimizi qoyduq. Bəzilərimiz daha sağlam həyat tərzi, bəzilərimiz isə proqramlaşdırma və yaxud dil öyrənmək. Digərlərimiz tütün istehlakı kimi zərərli vərdişlərdən qurtulmağa çalışır, kimisi isə zərərli sosial şəbəkə istifadəsini azaltmağı planlaşdırır.

Bu gün haqqında bəhsini açdığımız mövzu da elə vərdişlərlə bağlı oldu - necə sağlam vərdişlər qazanmaq olar, pis vərdişlərimizdən qurtulmağın, həyatımıza olan təsirini azaltmağın yolları nələrdir, texnologiyanın gəldiyi bu ən son mərhələdə hansı gerçək həll yolları vəd edir, gələcəkdə bəs hansı məhsulları, alətləri, applikasiyaları görə bilərik?

Bütün bunlar maraqlı səslənirsə, bu sezonun ən son bölümünə keçid edərək dinləyə bilərsiniz.

Bəs siz öz vərdişlərinizi idarə etmək üçün, hansı üsullardan istifadə edirsiniz? Hansı applikasiyalar ən çox köməyinizə gəlib, bəs Barış Özcanın *zənciri qırma* texnikasını necə, yoxlamısınız?

Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.

Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=gNN4sOYxq04&t=19s