AVROPADA YAŞAYAN HƏMYERLİ HƏMKARIM XATİRƏ SƏRDARQIZI İLƏ | PODCAST “Ə” #14
12 December 2025

AVROPADA YAŞAYAN HƏMYERLİ HƏMKARIM XATİRƏ SƏRDARQIZI İLƏ | PODCAST “Ə” #14

PODCAST "Ə"

About

Podcast “Ə”-nin 14-cü epizodunda həmsöhbətim — Niderlandda yaşayan telejurnalist və rejissor Xatirə Sərdarqızıdır.Artıq 19 ildir Avropada yaşayır və uzun illərdir Real TV-nin Avropa bürosu kimi çalışır. İki övlad anası olan Xatirə ilə həm keçmişdən, həm də bugünün Avropa həyatından, TV, media təcrübəsindən danışdıq.Bu söhbətin ən duyğulu hissələrindən biri isə onun Şuşa ilə bağlı xatirələridir.Xatirə Şuşanın işğal olunduğu dönəmlərdəki ağrı-acıları, həm də azad olunduğu gündə yaşadığı hissləri bizimlə bölüşdü.🎧 Bu epizodda: • Şuşada keçən uşaqlıq • Şuşanın işğalı zamanı yaşananlar • Zəfər xəbərinin gəldiyi gün • Niderlandda 19 illik həyat təcrübəsi • Ana olmaq, uzaqda yaşamaq və vətənlə bağlarını qorumağın yolları⸻📌 Podcast “Ə” – dünyanın harasında olmasından asılı olmayaraq,Azərbaycanca danışan insanların hekayələrini bir araya gətirir.Bu səmimi söhbətləri izləmək üçün abunə olmağı unutmayın.🤗