Bakı niyə su altında qalır? - Qanunsuz tikintiləri kimlər himayə edir? Qarabağda yenidənqurma işləri
01 June 2026

Bakı niyə su altında qalır? - Qanunsuz tikintiləri kimlər himayə edir? Qarabağda yenidənqurma işləri

PLANET FM

About
Planet FM-in səhər verilişi "Tam Vaxtı"nın "Şəhər Adamı" rubrikasının bugünkü qonağı Bakı Memarlıq Layihələri Bürosunun rəhbəri və FHN yanında İctimai Şuranın katibi Məhəmməd Məmmədovdur.

Bu söhbətdə Bakı şəhərinin ən ağrılı və hər kəsi narahat edən tikinti, memarlıq və infrastruktur problemlərini masaya yatırırıq:
📌 Bakı şəhəri hər yağış yağanda niyə su altında qalır? Normativlər niyə icra olunmur?
📌 İcra hakimiyyəti orqanları qanuni sənədi olan vətəndaşlara niyə əsassız imtinalar verir? Süni əngəllərin arxasındakı gizli səbəb nədir?
📌 Abşeron yarımadasında ölüm təhlükəsi olan elektrik xətlərinin altında evlər necə tikilib? Nəzarət mexanizmi niyə yox səviyyəsində olub?
📌 WUF13 Beynəlxalq Şəhərsalma Forumu və Qarabağdakı yenidənqurma işləri Bakının gələcəyinə necə təsir edəcək?