zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Avto FM 107.7
Avto FM 107.7
Automotive
Hobbies
Technology
Azerbaijani
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Website
Episodes
300
19 March 2026
Brend məhsulların keyfiyyətinə necə nəzarət olunur? - Məişət texnikalarında yeniliklər I Şəhər adamı #206
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
23 min
19 March 2026
Qəzaların Əsl Səbəbi: Qayda Bilməmək, Yoxsa Bilərəkdən Risk? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.
25 min
18 March 2026
Çin avtomobilləri: Texnologiya, servis və reallıqlar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.
19 min
17 March 2026
Gələcəyin qazandıran peşələri - Data analitika və dizayn proqramlarının süni intellektlə əlaqəsi I Şəhər adamı #205
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
31 min
17 March 2026
Sükan Arxasında Niyə Dəyişirik? Aqressiyanın Gizli Səbəbləri I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.
23 min
16 March 2026
Müasir dövrdə Novruz adət-ənənələri I Şəhər adamı #204
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.
25 min
16 March 2026
Piyada Vurulduqda Kim Günahkardır? – Sürücü, Yoxsa Piyada I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyada qəzalarının artmasının səbəbləri, sürət həddinin aşılması, sürücü diqqətsizliyi, piyadaların yol hərəkəti qaydalarını pozması, hadisələrin daha çox baş verdiyi nizamlanmayan piyada keçidləri və magistral yollar, eləcə də qaydanı pozan tərəfləri gözləyən inzibati cərimələr barədə danışdıq.
27 min
13 March 2026
On ilin qonşuşu - Mərdan Kazımovla Oba-nın 10 illiyinə həsr olunan klipi I Şəhər adamı #203
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Müğənni Mərdan Kazımov, Brend imicinin idarəedilməsi şöbəsinin müdiri Nəzrin Əliyeva oldu. Veriliş zamanı Obanın 10 illiyi üçün Mərdan Kazımovla olan əməkdaşlığından, bu əməkdaşlıqdan yaranan reklamın insanlarda hansı təəssüratı yaratdığından, Obanın gələcək məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
28 min
12 March 2026
Hansı təkər yaxşıdır: Çin, yoxsa ABŞ? I Bir Avto
Bu dəfə “Bir Avto” verilişimizin qonağı "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev oldu. Veriliş zamanı şin müayinəsinin növlərindən, şinlərin şişməsinin səbəblərindən, "yaxşı təkər" anlayışından və digər maraqlı mövzulardan bəhs etdik.
35 min
12 March 2026
Genetik xəstəliklərin əsas səbəbləri - Qohum evliliklərinin yaratdığı genetik xəstəliklər I Şəhər adamı #202
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı həkim- genetik Dr.Əmirli Günay oldu. Veriliş zamanı genetik həkim niyə vacibdir, ən çox yayılan genetik xəstəliklər, qohum evliliklərinin yaratdığı genetik təhlükələr haqqında ətraflı müzakirə apardıq.
34 min